Möminlərin Hz. Yusif mədrəsəsindəki təhsili

Bundan əvvəlki hissədə hz. Yusif Mədrəsəsinin inananlar üçün nə cür xeyirlərə vəsilə olduğundan bəhs edildi. Heç şübhəsiz hz. Yusif Mədrəsəsinin ən əhəmiyyətli istiqamətlərindən biri, burada möminlərin qazandıqları mənəvi dərəcələrdir. Çünki əvvəldən bəri üzərində dayandığımız kimi hz. Yusif Mədrəsəsi möminin mənəvi istiqamətdən təlim aldığı və gücləndiyi, nəfsini tərbiyə etdiyi, imanda dərinləşdiyi, əxlaqını daha da gözəlləşdirdiyi “tərbiyə evi” xüsusiyyəti daşıyır. Bu mədrəsədən aldığı dərəcə isə özünə sonsuz axirət həyatında bir sevinc qaynağı olacaq, burada olduğu üçün Allaha şükür edəcək.
 

Hz. Yusif Mədrəsəsində səbir və təvəkkül

Saleh bir mömin daim səbirli və təvəkküllüdür. Səbrinin və təvəkkülünün sirri isə, “Heç şübhəsiz, Biz hər şeyi qədər ilə yaratdıq”. (Qamər surəsi, 49) ayəsində də bildirildiyi kimi, hər hadisəni Allahın bir qədərlə yaratdığını bilməsindədir. Bu səbəblə, hz. Yusif Mədrəsəsində olmaq saleh bir möminin səbrini və təvəkkülünü gücləndirər, bu xüsusiyyətlərinin dərəcə-dərəcə artmasına vəsilə olar.
Əsl səbir və təvəkkül iman etməyən insanların qətiyyən sahib ola bilməyəcəkləri çox qiymətli iki xüsusiyyətdir. Məsələn, həbsdə olan insanlar işlədikləri cinayətlərin qarşılığı olaraq bu məkanlarda cəzalandırılarlar. Bu müddət ərzində həbsxana şərtlərindən, başlarına bu cür hadisələrin gəlməsindən, ailələrini görməməkdən, azad ola bilməməkdən və daha bir çox mövzudan ötrü davamlı şikayət edər, ümidsizliyə qapılar, üsyan edər, maddi və mənəvi bir çöküntü yaşayarlar. Hətta özlərini islah edib düzəltmək əvəzinə bu üsyankar rəftarlarından ötrü bəzən daha da azğınlaşarlar.
Həbsdə olan bir möminin isə hadisələrə reaksiyası tam fərqlidir. Hər şeydən əvvəl, heç bir günahı olmadığı halda, haqsız yerə həbsdə olmuş olsa da, digər insanlar kimi vəziyyətindən şikayətçi olmaz, üsyankar bir rəftara bürünməz. “De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər!”” (Tövbə surəsi, 51) ayəsi gərəyi başına gələn hər cür çətinliyin Allahın təqdiri olduğunu bilər və çox böyük bir təslimiyyətlə qarşılayar.
Həbsxanada qarşılaşdığı hər çətinliyin axirətdəki savabının dəfələrlə artmasına vəsilə olmasını ümid etdiyindən, bunlara da, “Sən təmkinlə səbir et!” (Məaric surəsi, 5) ayəsində bildirildiyi kimi səbir edər. Çətinliklərin asanlaşması üçün dua edər, ancaq çətinliklər meydana gəldiyində də axirəti üçün sevinər. Məsələn, biləyindəki qandalın biləyini bir az artıq sıxması ona bu çətinliyin axirətdəki qarşılığını düşündürər və sevinc verər. Ya da qaldığı yerin soyuq olmasına göstərdiyi səbrin özü üçün bir axirət qazancı olacağını ümid etdiyindən bunu da sevinclə qarşılayar. Bu, dünya həyatındakı imtahanın bir sirridir və bunu yalnız iman gətirənlər bilərlər.
Möminin çətin şəraitdə səbri “dözməkdən” çox fərqlidir. Çünki dözümdə imansız insanların təvəkkülsüzlüyü, ümidsizliyi və şikayətləri var. Səbirdə isə imanın gətirdiyi sevinc, şövq və mənəvi istiqamətdən böyük bir kamillik var. Məsələn, barmaqlıqlar arxasında olmaq, hərəkət azadlığının məhdudlaşdırılmış olması mömin üçün səbir edilməli olan bir vəziyyətdir. Ancaq mömin hər barmaqlığa baxdıqda axirətdə bu barmaqlıqlardan ötrü almağı ümid etdiyi gözəl qarşılığı düşünər və sevinər. Mömin qardaşlarından günlərlə, aylarla, hətta illərlə ayrı qalmağa da səbir edər. Qardaşları üçün hər darıxdığı vaxt cənnəti düşünər, möminlərlə birlikdə sonsuza qədər birlikdə olacağını ümid etdiyi üçün, bu həsrət də özünə zövq və şövq verər.
Heç kim bir an sonrasının belə necə olacağını bilə bilməz. Bunun elmi yalnız Rəbbimizə aiddir. Ancaq Allah Quranda bir çox ayəsi ilə möminin sonunun xeyir olacağını bildirir. Məsələn, “Həqiqətən, Axirət sənə dünya həyatından daha xeyirlidir. Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan”. (Duha surəsi, 4-5) ayələri Peyğəmbərimiz (s.ə.v)-in şəxsində əslində bütün möminlərə verilən bir müjdədir. Allahın bu vədinin haqq olduğunu bilən mömin, hər nə şərtdə olursa olsun böyük bir hüzur və təvəkküllə Rəbbimizin özünü nemətləndirəcəyi günə qədər səbir edər.
Həmçinin həbsxanadan çıxmasına mane olan və ya gecikdirən hadisələr baş verə bilər. Bunlar imansız bir insanın baxış bucağı ilə “şanssızlıqlar”, “tərsliklərdir”. Halbuki iman edən biri, bütün bu hadisələrin Allahın yaratdığı planın bir hissəsi olduğunu və mütləq Allahın bildiyi, özünün isə bilməyəcəyi bir hikmət və məqsədlə yaradıldıqlarını bilir. Bu səbəblə bu cür hadisələrdən ötrü əsla panikaya, təlaşa və ya ümidsizliyə qapılmaz. Allahın özü üçün nələr yaratdığını təvəkküllü olaraq gözəl bir səbirlə seyr edər. Xeyirli olanın hansı olacağına, necə və nə zaman olacağına Allah qərar verər və Rəbbimizin onun üçün ən xeyirlisini istədiyini bilər. “... Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz”. (Bəqərə surəsi, 216) ayəsi gərəyi meydana gələcək hər cür hadisəni təvəkkül edərək izləyər.
Məsələn, hz. Yusif özündən əvvəl həbsdən çıxan həbsxana yoldaşına onu ağasına xatırlatmasını söyləmişdir. Ancaq bu adam ağasına hz. Yusifdən bəhs etməyi unutduğu üçün hz. Yusif daha bir neçə il zindanda qalmışdır:

Yusif onlardan qurtulacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni yada sal!” Lakin şeytan ona Yusifi ağasının yadına salmağı unutdurdu və o, zindanda bir neçə il də qaldı. (Yusif surəsi, 42)

Təvəkkül etməyi və Allahın yaratdığı qədərə təslim olmağı bilməyən insan belə bir hadisədə yoldaşının onu unutmasını bir şanssızlıq olaraq görə bilər. Buna kədərlənib, qəzəb duya bilər. Ancaq hz. Yusif kimi hər şeyin bir qədər ilə yaradıldığını bilən, səbir əhli və təvəkküllü bir insan mütləq bunda bir xeyir olduğunu bilərək davranar. Ən əhəmiyyətlisi, Allah istəmədikcə özünü həbsdən çıxaracaq heç kimsə olmadığını, yoldaşının ağasının da buna güc yetirə bilməyəcəyini bilər. Hər şeydə olduğu kimi bu mövzuda da Allaha yönələrək, dua edər.
Hər müsəlman Allaha iman etdiyi və qədər elmini bildiyi üçün səbirli və təvəkküllüdür. Ancaq hz. Yusif Mədrəsəsində olan bir möminin vaxtının böyük bir hissəsində səbir və təvəkkül etməli olacağı hadisələr cərəyan edəcəyi üçün, bu xüsusiyyətləri daha da çoxalar, bu adamda kamil iman hər istiqamətiylə özünü göstərər.
Haqsız səbəblərlə həbsxanada olan bir mömin ən başda haqsızlığa uğramağa səbir edib təvəkkül edər. Ancaq qarşılaşdığı şərtlər, imkanlar, mühit, vaxt düşünüldükcə səbrin və təvəkkülün möminə qazandırdığı faydalar da bir-bir ortaya çıxar. Günlər, aylar hətta illər burada keçə bilər. Ancaq səbir edən və Allaha güvənib dayanan bir mömin üçün bunun əhəmiyyəti Allah yanındadır. Orada keçirdiyi və səbir etdiyi hər saat, hər dəqiqə, hətta hər saniyə səmimi bir möminin axirətdə sonsuz nemətlərlə təchiz edilmiş cənnətlə qarşılıq almasını təmin edə bilər. Soyuq, aclıq, xəstəlik, hamısı sona çatacaq olan, müddəti Allah qatında məlum olan, yalnız dünyaya aid çətinlik və əziyyətlərdir. Allah, imtahan olaraq verdiyi çətinliklərə səbir etməyin qarşılığında inanan qullarına cənnəti müjdələyir:

İman gətirib hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edənlərin Allah yanında ən yüksək dərəcələri vardır. Məhz onlar nicat tapanlardır. Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan Cənnət bağları ilə müjdələyir. Onlar orada əbədi qalacaqlar. Şübhəsiz ki, ən böyük mükafat Allah yanındadır. (Tövbə surəsi, 20-22)

Səid Nursi yoldaşları üçün yazdığı qeydlərdə cənnətə qovuşmağı ümid edən bir insan olaraq çətin şərtlərə qarşı necə səbirli olduğunu, hadisələrin hər zaman gözəl və xeyirli istiqamətlərini necə görə bildiyini belə ifadə edir:
"Əziz, sıddık (doğru danışan), təmkinli və vəfadar qardaşlarım!
Sizi üzmək və ya maddi bir tədbir etmək üçün deyil, ortaq mənəvi duanızdan daha çox istifadəm üçün və sizin də daha çox soyuqqanlılıq və tədbir və səbir və dözüm və şiddətlə həmrəyliynizi mühafizə üçün bir halımı bəyan edirəm ki: Burada bir gündə çəkdiyim çətinlik və əzabı, Əskişəhərdə bir ayda çəkməzdim. Dəhşətli masonlar, insafsız bir masonu mənə müsəllət etmişlər, ta hiddətimdən və işgəncələrinə qarşı "Artıq yetər" deməyimdən bir bəhanə tapıb, zalım təcavüzlərinə bir səbəb göstərərək yalanlarını gizləsinlər. Mən, böyük bir İlahi lütfün bir əsəri olaraq şükür edərək səbir edirəm və etməyə də qərar verdim. Madam biz qədərə təslim olub, bu çətinlikləri "işlərin ən xeyirlisi çətin olanıdır" sirri ilə çox savab qazanmaq istiqamətiylə mənəvi bir nemət bilirik; madam müvəqqəti, dünyəvi müsibətlərin sonları ümumiyyətlə rahatlıq və xeyirli olur; və madam hakkəl yakin dərəcəsində yakini bir qat-ı qənaətimiz var ki: Biz elə bir həqiqətə həyatımızı vəqf etmişik ki, günəşdən daha parlaq və Cənnət kimi gözəl və əbədi səadət kimi şirindir. Əlbəttə biz bu sıxıtınlı hallar ilə öyünərək, şükür edərək bir mənəvi mübarizə aparırıq deyə şikayət etməmək lazımdır. "
Bədiüzzaman bu məktubu yazdığı vaxt yaşlı və xəstə olmasına baxmayaraq əziyyətə məruz qalmışdır. Ancaq saleh bir möminin əxlaqını göstərərək, bütün çətinliklərə şükür edərək səbir etdiyini, hər çətinliyin ardınca asanlıq gələcəyinə iman etdiyini və bu çətinliklərin hər zamankından daha çox savab qazanmasına vəsilə olacağını ümid etdiyi üçün bunu mənəvi bir nemət olaraq gördüyünü yazmışdır.
Bunlar əlbəttə ki, möminlərə böhtan ataraq həbsə girmələrinə səbəb olan və beləcə onları təsirsiz hala gətirdiklərini zənn edən insanların bilmədikləri çox əhəmiyyətli sirlərdir. Allahın “... Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür ...” (Ali İmran surəsi, 118) ayəsində də bildirildiyi kimi iman etməyənlər möminlərə əziyyət vermək və onları çətin şərtlərdə görmək istəyirlər. Ancaq onların bu əziyyətlərinin saleh möminlərə tarix boyunca böyük bir şövq və sevinc qaynağı olduğunu, möminlərin hər şeyin axirətdəki qarşılıqlarını düşünərək sevindiklərini, səbirlərinin qarşılığında Allahın özlərinə rəhmət edəcəyini ümid etdiklərini bilməzlər. Bunlar yalnız iman edənlərin bildikləri sirlərdir. Məsələn, Bədiüzzamanın yuxarıdakı məktubunu yalnız həqiqi səbri bilən, Allahın hər yaratdığında bir xeyir olduğuna iman edən insanlar gərəyi kimi anlayıb, bir nəticə çıxara bilərlər.
Allah Quranda səbir edənlərlə səbir etməyənlərin mütləq ayırd ediləcəyini bildirmişdir. Bunların bir-birindən seçilməsi üçün isə Allah belə əziyyətli günlər yaradar. Bu əziyyətli günlərində səbir göstərənlərin, Quran əxlaqını izah etmək yolunda daha da böyük bir şövq və həyəcanla irəliləyənlərin gözəl əxlaqlarına bütün insanlar da beləcə şahidlik etmiş olarlar. Allah Quranda insanları bu məqsədlə də sınadığını belə bildirir:

Əgər siz yara almışsınızsa, o düşmən qövm də bu cür yara almışdı. Biz bu günləri (qalibiyyəti və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevmir. Həm də ona görə belə edirik ki, Allah möminləri təmizə çıxarsın və kafirləri məhv etsin. Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihada çıxanları və səbir edənləri bəlli etmədən siz Cənnətə daxil olacaqsınız? (Ali İmran surəsi, 140-142)

Allah, Quranda səbir edənləri sevdiyini və səbirlərinin qarşılığını mütləq ən gözəliylə verəcəyini bildirir. Hz. Yusif Mədrəsəsində olan mömin üçün də Rəbbimizin onu sevməsindən və onu axirətdə gözəl bir həyatla müjdələməsindən daha qiymətli heç bir şey yoxdur:

Sizdə olan nemətlər tükənəcək, Allah yanında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Nəhl surəsi, 96)

 


Çətinliklərin qazandırdığı mənəvi gözəlliklər

Bir möminin dünya həyatında qarşılaşdığı çətinlik və əziyyətlər onun üçün çox qiymətli vaxtlardır. Çünki bu anlarda göstərdiyi əxlaqa görə axirətdə bir qarşılıq alacaq. Həmçinin çətinliklər Allahın iman edənlərlə etməyənləri bir-birindən ayırdığı sınaq zamanlarıdır. Bir çox insan özünün müsəlman olduğunu, Allaha və axirət gününə iman etdiyini, Qurana tabe olduğunu deyər. Ancaq bu insanların böyük bir hissəsi Allah yolunda hər hansı bir çətinliklə qarşılaşdıqları vaxt dərhal üz döndərərlər. Məsələn, ticarətdən gələn gəlirinin azalmasından qorxan biri insanlara Quran əxlaqını izah etmək üçün daha çox vaxt sərf etməli olduğu halda birdən sadəcə ticarəti ilə maraqlanmağa başlayar. Ya da möminlərin rifah içində olduqları dövrlərdə möminlərlə birlikdə olduqları halda, kiçik bir çətinlik baş verdikdə dərhal geri dönərlər. Məsələn, bəzi iman etməyən kütlələr möminlərə böhtan ilə və ya fiziki olaraq hücüm etdikləri vaxt bu vəfasız insanlar bir anda cəmiyyət içindəki etibarlarını, gələcəklərini düşünməyə başlayarlar. Və beləcə imanlarında səmimi olmadıqlarını göstərmiş olarlar. Əgər çətinlik anları olmasa bu insanlar bəlkə də ölənə qədər möminlərin arasında yaşayacaqlar və mömin olaraq tanınacaqlar. Əsl üzləri isə ancaq axirətdə ortaya çıxacaq. Ancaq çətinlik anları Allahın bir rəhməti olaraq, təmiz ilə murdarı bir-birindən ayırar. Allah ayələrində belə bildirir:

Uhudda iki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu ki, möminləri aşkara çıxartsın və münafiqləri bəlli etsin ...(Ali İmran surəsi, 166-167)

Çətinlik anlarında pislər ayrılıb gedərkən, bu çətinliklərə böyük bir qətiyyətlə səbir edənlərin üzərinə Allah rəhmətini yayar. Möminin üzərində səbir göstərdiyi hər çətinliyin böyük bir xeyiri və gözəlliyi meydana gələr. Hz. Yusif Mədrəsəsində olmaq da özü ilə bir çox çətinliyi gətirər. Hər şeydən əvvəl məruz qalınan rəftar, yaşanılan məkan, möminin sevdiklərindən, digər möminlərdən ayrı qalması kimi bir çox mövzu hz. Yusif Mədrəsəsinin çətinliklərindəndir. Ancaq yaşanan hər çətinlik möminin əxlaqının daha da gözəlləşməsinə vəsilə olmaqla yanaşı bir tərəfdən də cənnətin müjdəsi kimidir. Çünki çətinliklər qarşısında göstərilən gözəl rəftar Allahın razılığına, rəhmətinə və cənnətinə vəsilə olacaq. Allahın Quranda cənnətiylə müjdələdiyi möminlərin həyatlarında, çətinliklər və səbir göstərməli olduqları hadisələr olmuşdur. Allah çətinliklərin vəsilə olacağı gözəllikləri bir ayəsində belə bildirir:

Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə kasıblıq və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt gələcək?” – dedilər. Həqiqətən, Allahın köməyi yaxındır. (Bəqərə surəsi, 214)


Sıxıntı və çətinliklər gözəl əxlaq gətirər

Həyatı boyunca əziyyət görmüş, maddi və mənəvi çətinliklər yaşamış olan insanlar ümumiyyətlə digərlərinə görə daha incə düşüncəli, daha haldan anlayan kimsələr olarlar. Məsələn, maddi çətinliklər içində yetişmiş bir insan, sonradan sahib olduğu nemətlərin qiymətini daha yaxşı bilər, bu nemətləri verdiyi üçün Rəbbimizə həmişə şükür edər. Yaşadığı çətinliklər səbəbiylə daha təvazökar, mülayim və itaətkardır. İnsanlara çətinlik törədib əziyyət verməz, əksinə rahatlıqlarını düşünər, hər zaman gözəl xüsusiyyətlərini ön plana çıxarar. Hörmət və ehtiram mövzusunda qüsura yol verməz, qədirbiləndir. İsrafdan şiddətlə uzaq durar, başqasının malı belə olsa, bədxərclik etməz. Çətinliklərlə yaşamağa alışdığı üçün, nemətə qovuşduğu zamanlarda təkəbbür göstərməz, daim çalışqan və intizamlı olar. Aza qane olar, qənaətkardır.
Yuxarıda saydığımız xüsusiyyətlər bu kəslərdə təqdir edə bilən bütün insanların sevgi və hörmət etdiyi bir əxlaq gözəlliyi meydana gətirər. Xüsusilə haldan anlamaları bütün insanların qəlblərinin onlara isinməsinə səbəb olar. Məsələn, kasıb bir kimsə ilə qarşılaşdıqlarında rəftarından və üslubundan dərhal anlayarlar. O adam kasıbçılığını hiss etdirmək istəməsə belə bunu anlayar və ona bildirmədən, hər hansı bir əziyyət verməyib, qəlbini incitmədən ehtiyaclarını qarşılayar.
Qısacası, əziyyət və çətinliklərin gətirdiyi ən əhəmiyyətli qazanclardan biri əxlaqi yetişkinlikdir. Rahatlıq içində yaşayaraq bütün bu xüsusiyyətlərdən məhrum qalan insanların bir çoxu ümumiyyətlə səmimi olaraq inandıqları bir fikri müdafiə etmək üçün çətinlikləri gözə ala bilməzlər. Onların tək məqsədləri ehtiyaclarını qarşılamaq, rifah içindəki həyatlarını davam etdirə bilməkdir. Doğru bildiklərini müdafiə etmək mövzusunda qərarlı və səbirli bir rəftar sərgiləməzlər. İlk dəfə çətinliklə qarşılaşdıqları vaxt və ya rahatlıqlarının azacıq da olsa itəcəyi ehtimalı olduqda dərhal üz döndərərlər. Bu səbəblə, çətinliklərdən qaçmayıb onlara sinə gərmək üstün bir əxlaq xüsusiyyətidir və bu insanlar digərlərinə görə qat-qat daha üstündürlər. Ancaq bunu da qeyd etmək lazımdır ki, rahatlıq içində böyüməsinə baxmayaraq bir insan vicdanını və ağlını istifadə edərək yenə bu əxlaqi kamilliyə çata bilər. Burada verilən nümunələr çətinliklər içində böyüyən kəslərlə digərləri arasında ümumi fərqi vurğulamaq üçündür.
Hz. Yusif Mədrəsəsində baş verən çətinliklər isə möminlərin gözəl əxlaqlarının daha da güclənməsinə, imani və əxlaqi yetişkinliyə çatmasına vəsilə olar və beləcə möminlər üçün bir nemətə çevrilər.

 

 

Hz. Yusif Mədrəsəsindəki çətinliklər nemətlərin qiymətinin daha yaxşı başa düşülməsinə vəsilə olar

Hz. Yusif Mədrəsəsi bir çox çətinliyin bir yerdə yaşandığı təhsil mühitidir. Aylarla, bəlkə də illərlə bir insanın dörd divar arasında yatıb qalxması, yalnız müəyyən şəxslərlə görüşə bilməsi, həbsxanadakı çətin şərtlər, təmizlik şərtləri, nəm və rütubətli mühit, yeməklər, həbsxanada olan insanların günahkarlardan, qatillərdən, canilərdən, oğrulardan və pis əxlaqlı kəslərdən ibarət olması, narahatlıq və etibarsızlıq mühiti, işığın düşmədiyi qaranlıq bir yer və daha bir çox əlaməti ilə ağıla ilk anda gələn çətinliklərdir. Məhz həbsxana mühitində bütün bu çətinliklər və daha minlərlə beləsi eyni anda insanın qarşısına çıxar. Bunlarla yanaşı dünya həyatındakı imtahanın bir davamı olaraq xəstəlik, maddi sıxıntılar kimi çətinliklər də üst-üstə gələ bilər.
İllərlə belə bir mühitdə qalan bir insan üçün bu şərtlərdə çox az yaxşılaşma belə böyük bir nemət və sevinc qaynağı olar. Məsələn, qaranlıq, işıqsız bir otaqda illərini keçirdiyi üçün, işıqlı və təmiz bir ev böyük bir nemətə çevrilər. Təmizlik, sağlam qidalanmaq, gözəl əxlaqlı insanlarla birlikdə olmaq, geniş bir ərazidə hərəkət edə bilmək hətta bir pəncərə belə çox böyük bir şükür vəsiləsi halına gələr. Bu imtahanı yaşamış bir insan bəlkə də digər kəslərdən çox daha güclü və səmimi olaraq Allaha verdiyi nemətlər üçün şükür edici olar.
Bir möminin hz. Yusif Mədrəsəsində qarşılaşdığı ən əhəmiyyətli çətinliklərdən biri isə daha əvvəl də ifadə etdiyimiz kimi digər möminlərlə görüşə bilməməsidir. Bir mömin üçün digər möminlər ən yaxşı və ən yaxın dost, bir yerdə olmaqdan, söhbət etməkdən, birlikdə Allahı zikr etməkdən, ittifaq içində Allahın dininə xidmət etməkdən çox zövq aldığı kəslərdir. Ancaq hz. Yusif Mədrəsəsində olmaq möminləri bir-birlərindən ayırar. Bu, əlbəttə ki, həm mədrəsədəki, həm də çöldəki möminlər üçün səbir edilməli olan bir vəziyyətdir. Ancaq bu vəziyyət hər iki tərəf üçün də bir daha bir-birləri üçün nə qədər əhəmiyyətli olduqlarını, Allahın bütün möminləri bir-birləri üçün bir nemət olaraq yaratdığını anlamalarına köməkçi olar. Möminlər əlbəttə ki, hz. Yusif Mədrəsəsindən əvvəl də bir-birlərinə qarşı böyük bir sevgi və hörmət ilə bağlıdırlar. Ancaq çətinlik anları, görüşmələrinin əngəlləndiyi anlar onların bu sevgi və bağlılıqlarının daha da canlanaraq güclənməsinə vəsilə olar. Belə bir vəziyyətdə tək bir möminin üzünü belə görmək böyük bir sevinc qaynağıdır.
Hz. Yusif Mədrəsəsində möminlərin qarşılaşa biləcəkləri çətinliklərdən biri də natəmizlikdir. Necə ki, Bədiüzzaman da mədrəsədəki çətinliklərdən bəhs edərkən xəstəliyini, yaşlılığını və diqqətliliyini saymışdır. Çünki möminlər mənəvi cəhətdən olduqları qədər fiziki cəhətdən də tərtəmiz insanlardır. Yaşadıqları evlərdən yedikləri yeməklərə, bədənlərindən geyimlərinə qədər heç kimdə olmayan bir təmizliyə sahibdirlər. Ən çətin şərtlərdə belə təmizliyi bir ibadət olaraq qəbul etdikləri üçün təmizliklərinə diqqət göstərərlər. Məsələn, Quranda Kəhf qissəsində izah edilən Kəhf Əhli illərlə bir mağarada yatdıqdan sonra oyandıqları vaxt aralarından bir nəfəri yemək almağa göndərmişlər. Ancaq ona tapşırdıqları şeylərdən biri yeməklərin təmiz olanından almasıdır. (Kəhf surəsi, 19) Allah bir başqa ayəsində də hz. İbrahimə belə buyurmuşdur:

Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!” – demişdik. (Həcc surəsi, 26)

Bir mömin üçün olduğu yer həbsxana belə olsa, bir məscid kimidir. Çünki mömin harada olursa olsun daim Allaha yönələr, 5 vaxt namazını qılar və bütün ibadətlərini yerinə yetirər. Bunun üçün də olduğu yer Allahın əmr etdiyi kimi “tərtəmiz” olar.
Əlbəttə ki, hz. Yusif Mədrəsəsində bu təmizliyi təmin etmək hər zamankından daha çətin olar. Bəlkə bir krandan axan bol və isti su yerinə, bir borudan sızan sudan istifadə ediləcək. Paltar bəlkə bir-iki ədəd olacaq, amma tərtəmiz olacaq. Ancaq mömin heç bir zaman olduğu vəziyyətdən şikayətçi olmaz. Heç bir zaman bir borudan axan su ilə təmizliyini təmin etməsini çətinlik olaraq görməz və bundan ötrü şikayətlənməz. Hətta bu sızan suyu Allahın özünə bir köməyi və neməti olaraq görər və sevinər. Allah ən çətin şərtlərdə belə sevdiyi qullarını gizli yollarla, heç kimin görə bilməyəcəyi incəliklərlə dəstəkləyən, onlara çətinlikləri asanlaşdıran, Rəhman və Rəhim olandır. Hz. Yusif Mədrəsəsindəki bir mömin daim Allahın özü üçün yaratdığı asanlıqları və gözəllikləri görər və bu onun coşğulu bir sevinc duymasına səbəb olar.
Bolluq və rifah içindəykən bəzi nemətlər fərq edilməyə bilər, hətta bir çox gözəllik gündəlik həyatın adi bir parçası olaraq görülə bilər. Ancaq hz. Yusif Mədrəsəsində olan bir insan üçün krandan axan bol və isti su, təmiz və işıqlı bir otaq, təmiz yeməklər, möminləri hər an görə bilmək dünya həyatında daim şükür edilməli olan gözəlliklərdəndir. Bədiüzzaman bunun sirrini bildiyi üçün tez-tez şagirdlərinə bu çətinliklərin gətirəcəyi gözəlliklər ilə sevinmək və bunlara şükür etməli olduqlarını, əsla şikayətçi bir rəftar göstərməməyi xatırlatmışdır.
"Ləzzətin yoxluğu əzab olduğu kimi, əzabın yoxluğu belə ləzzətdir. Bəli hər kəs keçmiş ləzzətli, səfalı günlərini düşünsə, kədər və həsrətin mənəvi əzabını hiss edib “Eyvah” deyər və keçmiş müsibətli, əzablı günlərini xatırlasa yoxluğundan mənəvi bir ləzzət hiss edər: “Əlhəmdülillah şükür, o bəla savabını qoyub getdi” -deyər. Rahatlıqla nəfəs alar. Demək ki, bir saat müvəqqəti əzab ruhda bir mənəvi ləzzət yaradar və ləzzətli saat əksinə əzab yaradar. Madam həqiqət budur və madam keçmişin müsibətli saatları, əzabları ilə birlikdə yox oldu və gələcək bəla günləri indi yoxdur və yoxdan əzab gəlməz. Məsələn, bir neçə gün sonra ac və susuz olmaq ehtimalından, bu gün o niyyətlə mütəmadi olaraq çörək yesə və su içsə, nə dərəcə divanəlikdir. Eynilə də keçmiş və gələcək əzablı saatlar –ki, yox olmuşlar- indi düşünüb səbirsizlik göstərmək və qüsurlu nəfsini buraxıb Allaha şikayət etmək kimi “Of, of” etmək divanəlikdir. Əgər sağa-sola yəni keçmiş və gələcəklərə səbir qüvvətini dağıtmazsa və hazır saata və günə qarşı tutsa, tam kifayət edər. Əziyyət ondan birə enər. Hətta, şikayət kimi başa düşülməsin, mən bu üçüncü Mədrəsə-i Yusifiyyədə bir neçə gün ərzində ömrümdə heç görmədiyim maddi və mənəvi, əziyyətli xəstəlik müsibətimdə, xüsusilə Nurun xidmətindən məhrumiyyətimdən gələn kədər, ürək və ruhdakı əziyyətlər məni əzdiyi sırada İlahi kömək bu izah edilən həqiqəti göstərdi. Mən də əziyyətli xəstəliyimdən və həbs olunmağımdan razı oldum. Çünki mənim kimi qəbir qapısında bir biçarəyə, qəflətlə keçə bilən bir saatını on ədəd ibadət saatları etmək böyük mənfəətdir deyə şükür etdim”.

 

 

Çətinlik içində ikən edilən ibadətlərin dəyəri

Bədiüzzaman bir neçə dəfə hz. Yusif Mədrəsəsindəki ibadətlərin və mədrəsədə keçirilən vaxtın axirət həyatı üçün çox qiymətli və qazanclı olduğunu ifadə etmişdir. Bu, əlbəttə ki, hz. Yusif Mədrəsəsində olan möminlərə gözəl bir müjdədir. Bu mövzuyla əlaqədar sözlərindən bəziləri belədir:
“Ey həbs müsibətinə düşən biçarələr! Madam dünyanız ağlayır və şirin həyatınız acılaşdı; çalışın, axirətiniz də ağlamasın və qalan həyatınız gülsün, şirinləşsin, həbsdən istifadə edin. Necə bəzən ağır şərtlər altında düşmən qarşısında bir saat keşik çəkmək bir il ibadət hökmünə keçə bilər. Belə də, sizin ağır şərtlər altında hər bir saat ibadət zəhməti; çox saatlar olub, o zəhmətləri rəhmət çevirər”.
“Həbsdə keçən ömür günləri, hər bir gün on gün qədər bir ibadət qazandıra və müvəqqəti saatları, meyvələri cəhətiylə mənəvi olaraq sonsuz saatlara çevirə və beş-on il cəza ilə milyonlar il əbədi həbsdən xilas olmağa səbəb ola bilər. Məhz əhli-i iman üçün bu çox böyük və çox qiymətli qazanc şərti, fərz namazını qılmaq və həbsə səbəb olan günahlardan tövbə etmək və səbir içində şükür etməkdir. Onsuz da həbs çox günahlara manedir, meydan vermir”.
Bədiüzzamanın sözlərində də görüldüyü kimi, hz. Yusif Mədrəsəsi mömin üçün sevinc və şövqlə qarşılanar. “Az bir əziyyətlə, əbədi həbsdən xilas ola bilmək üçün” Allahın möminə verdiyi bir rəhmətdir əslində. Bundan əvvəlki mövzuda da bəhs edildiyi kimi hər ibadət daha çətin şərtlərdə yerinə yetiriləcək. Məsələn, Səid Nursi Risalə-i Nurları həbsdəykən içəriyə kağız buraxılmadığı üçün kibrit qutularının üzərinə yazdırmışdır. Bu, əlbəttə ki, son dərəcə məşəqqətli bir işdir. Bunların çöldəki yoldaşlarına çatdırılması və yenə onlar tərəfindən yazılma mərhələləri həmişə çətinliklər içində olmuşdur. Ancaq bu əməllərin qarşılığı düşünüldüyündə, hər çətinliyin sonsuza uzanan gözəlliklərə vəsilə olduğunu görmək olar. Allah ayələrində “Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Əlbəttə ki, hər çətinliyin ardınca asanlıq gəlir”. (İnşirah surəsi, 5-6) deyə bildirmiş və möminləri çətinliklərin ardından gələcək olan asanlıqlarla müjdələmişdir.


Hz. Yusif Mədrəsəsi ixlasın daha da güclənməsinə vəsilə olar

Bir möminin ən əhəmiyyətli xüsusiyyətlərindən biri ixlası, yəni hər işini Allahın razılığını qazanmaq üçün etməsidir. İxlas sahibi bir mömin etdiyi hər hərəkətin hesabını axirətdə verəcəyini bilərək, Allahı ən çox məmnun edəcək rəftarı göstərər. Allah bir ayəsində möminlərin bu xüsusiyyəti üçün belə bildirmişdir:

Həqiqətən, Biz onları sadiq ürəklə axirətdəki əsl yurdu düşünüb-anan ixlas sahibləri etdik. (Sad surəsi, 46)

Allahın bildirdiyi ayədə “sadiq ürəklə” ifadəsi işlədilmişdir. İnanan bir adam hər etdiyində yalnız və yalnız Allahın razılığını qazanmağı hədəfləyər, bunun xaricində heç bir məqsədi, hədəfi, məmnun etmək istədiyi biri yoxdur. Məsələn, bir yoxsula kömək edən bir möminin tək məqsədi Allahın razılığını qazanmaqdır. Bunun xaricində, cəmiyyətdə etibar sahibi olmaq, ətrafındakı insanların təqdirini qazanmaq, iş mühitində etibarını artıraraq beləcə ticarətinin genişlənməsini təmin etmək kimi hədəfləri yoxdur. Halbuki iman etməyən bir insanın yardımlarda ümumiyyətlə, etibar və təqdir qazanmaq, ya da etdiyi yardımın verginin azalmasını təmin etmək kimi məqsədlər yatar. Möminlər isə xeyir iş görərkən bunu yalnız Allahın razılığını qazanmaq üçün edərlər, çünki yalnız ixlasla edilən əməllər Allah qatında keçərlidir.
Hz. Yusif Mədrəsəsi möminlərin bütün əməllərində ixlaslı olmalarına vəsilə olan bir yerdir. Buradakı tərbiyənin ən əhəmiyyətli təsirlərindən biri insanın nəfsi üzərində olar, çünki həbsdə yaşayan bir adamın hər hansı bir dünyəvi mənfəəti ola bilməz. Hər etdiyi dörd divar arasında qalır. Kimsəyə göstəriş etmək imkanı da yoxdur. Nə etdiyi xidmət, nə söylədiyi bir söz, nə də ibadətləri ilə digər insanlardan maraq, təqdir, təşviq, tərif gözləmək kimi bir vəziyyətdən söhbət belə gedə bilməz. Hər etdiyini yalnız Allah bilər və Allah görər. O da bunu bildiyi üçün sidqi-ürəkdən və könüldən Allaha yönələr. Allah Quranda bu insanlardan belə bəhs edir:

Tövbə edənlər, əməllərini islah edənlər, Allahdan möhkəm yapışanlar və öz dinlərini Allaha məxsus edənlər istisnadır. Bunlar möminlərlə birgə olacaqlar. Möminlərə isə Allah böyük mükafat verəcəkdir. (Nisa surəsi, 146)

 

Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Şübhəsiz ki, Allah istədiyini sapdırır. Tövbə edib Ona üz tutan kimsəni isə doğru yola yönəldir”. Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rad surəsi, 27-28)

Ayələrdə də bildirildiyi kimi, yalnız Allaha üz tutub yönələn, hər şeyi Allah rizası üçün edən bir insan tək dostu və himayədarı olan Allaha sığınar və yalnız Allahın razılığını istəyər. Bədiüzzaman, hz. Yusif Mədrəsəsinin bir hikmətinin də, dünya ilə olan bütün əlaqələrin kəsilməsinə səbəb olması və ixlas dərsinin tam olaraq alınması olduğunu bildirir:
"Əziz, sıddık (doğru danışan) qardaşlarım!
... Lakin İlahi qədər isə, mənfəətimiz üçün buraya sövq etdi və köhnə zamanlarda ixtiyari çiləxanaların savab nöqtəsində çox fövqündə savabdar etmək sirri ilə, bizi ixlas dərsini tam almaq və həqiqətən qiymətsiz olan dünya işlərinə qarşı əlaqələrimizi düzəltmək üçün yenə Mədrəsə-i Yusifiyyəyə çağırdı."
Səid Nursi bir başqa sözündə isə hz. Yusif Mədrəsəsindəki çətinliklərə şahid olanların tam ixlası əldə etdiklərini, dünyəvi və şəxsi maraqlara tənəzzül etməyəcəklərini belə ifadə edir:
“Bəli Mədrəsə-i Yusifiyyədə çox işarələrlə hər çətinlik və zəhmətin on, bəlkə yüz misli maddi və mənəvi fayda və gözəl nəticələr və imana geniş və xalis xidmətlər, gözləriylə gördüklərindən tam ixlasa müvəffəq olarlar, daha az və şəxsi mənfəətlərə tənəzzül etməzlər”.

 


Mömin hz. Yusif Mədrəsəsində sidqi-ürəklə Allaha yönələrək dua edər

Mömin tək həqiqi dost və köməkçisinin, tək hökm sahibinin Allah olduğuna iman edər. Həyatı boyunca hər hadisədə Allaha yönələr və yalnız Allahdan kömək istəyər. Mömini dua mövzusunda digər insanlardan ayıran ən diqqətə çarpan xüsusiyyətlərindən biri, onun rifah içində olanda da, çətinlik anında da heç bir fərq olmadan Allaha şükür etməsi və Ona dua etməsidir.
İmanı zəif, qəlbində xəstəlik olan kəslər ümumiyyətlə bir çətinlik anında Allaha ürəkdən, yalvara-yalvara, səmimi dua edərlər. Dualarında bir şübhə və ya təkəbbür olmaz, yalnız Allahın kömək edə biləcəyini bilərək Allaha dua edərlər. Məsələn, çox şiddətli bir zəlzələ anında hər insan Allaha qarşı nə qədər aciz olduğunu, o anda özünü yalnız Allahın köməyinin qurtara biləcəyini görər və sidqi-ürəkdən yalvararaq Allaha yönələr. Ancaq möminlər, digər insanlardan fərqli olaraq, çətinlik anında necə Allaha yönəlib sidqi-ürəkdən dua edirlərsə, başlarındakı çətinlik getdikdən sonra da eyni şəkildə dualarına davam edərlər.
Hz. Yusif Mədrəsəsindəki bir mömin də özünü həbsdən xilas edə biləcək tək gücün Allah olduğunu, Allahın hökm verənlərin ən xeyirlisi olduğunu bilər. Bu səbəblə, xilas olmağı Allahdan istəyər. Hz. Yusifdə olduğu kimi bütün səbəblərə sarılar, o necə yoldaşıyla hökmdara xəbər yolladısa, o da yaşadığı dövrün tələb etdiyi bütün tədbirləri alar. Ancaq bütün hadisələrin necə həyata keçəcəyini müəyyən edən Allah olduğuna qəti olaraq iman edər. Hz. Yusif də inkarçıların qurduqları bir hiylə ilə qarşı-qarşıya gəldiyini anladığı vaxt Allaha dua etmiş və Allah onun duasını qəbul etdiyini belə bildirmişdir:

Yusif dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən mən onlara meyil edər və cahillərdən olaram”. Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaq etdi. Həqiqətən, O, Eşidəndir, Biləndir. (Yusif surəsi, 33-34)

 

Hz. Yusif Mədrəsəsi mömin üçün bir növ inzivaya çəkildiyi bir mağaradır

>Keçmişdə yaşamış bir çox İslam alimi, həyatlarının bəzi dövrlərində dünyəvi bütün işlərini və əlaqələrini buraxaraq, qapalı məkanlarda inzivaya çəkilmişlər. Əslində inzivaya çəkilmək sözü bir insanın özünü dünyəvi hər şeydən çəkib, xalis və ürəkdən Allaha yönəlməsini, dərin-dərin təfəkkür edərək, Quran elmində və mənəviyyatında dərinləşməsini, hidayətinin artmasını və kamil bir imana sahib olmasını ifadə edər. Allah Quranda Peyğəmbərimiz (s.ə.v)-ə belə buyurmuşdur:

Şübhəsiz ki, gündüz sənin üçün uzun-uzadı işlər vardır. Rəbbinin adını zikr et və özünü tamamilə Ona həsr et! (Müzzəmmil surəsi, 7-8)

Allahın ayələrində də bildirdiyi kimi, hər insanın gündüz edəcəyi çox işləri vardır. Məsələn, Allah yolunda çalışan bir mömin gündüzləri Quran əxlaqını başqa insanlara izah etmək, insanların ürəyini dinə isidib, dövlətə və millətə xeyir gətirəcək faydalı işlər görmək, digər möminlərlə görüşmək, onlarla müxtəlif mövzularda məsləhətləşmələr aparmaq, söhbət etmək kimi bir çox mövzu ilə məşğul olar. Bunlarla yanaşı, ticarət ya da fərqli gəlir gətirən işlərlə də maraqlana bilər. Əlbəttə ki, bütün bunları edərkən Allahı heç bir zaman unutmaz, daim Allahın əmr və qadağalarına uyar, sərhədlərini qoruyar. Ancaq insanın dərin-dərin Allahın yaratdıqları üzərində düşünməsi, axirəti, qiyamət gününü, cənnət və cəhənnəmi təfəkkür etməsi, Quran ayələrini oxuyaraq Quranın sirlərinin və hikmətlərinin özünə aydın olması üçün bütün bu məşğuliyyətlərdən sıyrılması, zehnini yalnız bu mövzulara cəmləşdirməsi, Allahın ayəsində bildirdiyi kimi “özünü hər şeydən uzaqlaşdırması” lazımdır. Tarix boyunca bir çox İslam alimi Quran elmində və Allaha yaxınlıqda dərinləşmək və kamil bir imana sahib olmaq üçün həyatlarının bəzi dövrlərində qapalı məkanlara çəkilməyi uyğun görmüşlər.
Bu tərz məkanlara Quranın bir çox yerində diqqət çəkilmişdir. Məsələn, Quranda bəhs edilən mağaralarda olan möminlər həmişə küfrün təzyiqindən xilas olmaq üçün bu məkanlara sığınmışlar və Allah onların üzərinə rəhmətini yaymışdır. Peyğəmbərimiz (s.ə.v) də yanındakı yoldaşıyla birlikdə Məkkədən çıxarılarkən bir mağaraya sığınmışdır. Bu hadisə Quranda belə xəbər verilir:

Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” Bundan sonra Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 40)

Ayədə verilən nümunədə görüldüyü kimi Allah, Öz razılığı üçün yaşayan və bu yolda müxtəlif çətinliklərə sinə gərən bütün möminlərə işlərində asanlıq yaradar. İnkarçıların “artıq bitdi” dediyi yerdə möminlər Allahın dəstəyi ilə müvəffəqiyyət qazanar. İnkarçılar çaşqınlıq içində bunun necə olduğunu düşünər, buna görə də müsəlmanların arxasında hansı qüvvələr olduğu haqqında təxminlər irəli sürməyə başlayarlar. Ancaq bu insanlar Allahın müsəlmanların tək köməkçisi olduğu həqiqətindən qafildirlər.
Quranda, küfrün ağır təzyiqləri nəticəsində mağaraya sığındığı bildirilən bir başqa mömin birliyi isə Kəhf əhlidir. Kəhf əhlinin inkar edən bir birlikdən qopub ayrılaraq, mağaraya sığındıqlarını və Allahın onlara rəhmətini yaydığını bildirən ayələr belədir:

Yoxsa sən Kəhf və Rəqim əhlinin möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən? Bir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!” – demişdilər. Biz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq (onları yuxuya verdik). (Kəhf surəsi, 9-11)

 

Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, onda mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın. (Kəhf surəsi, 16)

Diqqət edilsə, Allah mağaraya sığınan möminlərə rəhmətindən bol-bol vermiş və onların işlərini asanlaşdırmışdır. Quranda mağara möminlərə xeyir gətirən bir yer olaraq bildirilir. İslam alimləri isə mağaranın bu mənəvi yönünü nəzərə almış və mağaradakı çətin şərtlər ilə nəfslərini daha çox tərbiyə etmək, dünyəvi ehtiraslardan tamamilə təmizlənə bilmək üçün bəzi dövrlərdə buralarda olmağı uyğun görmüşlər.
Bədiüzzaman Səid Nursi də gəncliyində həmişə bir gün mağarada inzivaya çəkilməyi düşünmüş və istəmiş, hətta Birinci Dünya müharibəsində əsir düşdüyü vaxt xilas olduğu təqdirdə inzivaya çəkilməyə qərar vermişdir. Bədiüzzaman bu istəyini bir yerdə belə dilə gətirir:
“Mən iyirmi yaşında ikən təkrar-təkrar deyərdim: “Keçmişdə mağaralara çəkilən tərki-dünyalar kimi axır ömrümdə mən də bir mağaraya, bir dağa çəkilib, insanların həyat-ı ictimaiyyətindən çıxacağam. “Həm köhnə Harb-i Umumidə şərq-i şimalidəki əsarətimdə qərara gəlmişdim ki: “Bundan sonra ömrümü mağaralarda keçirəcəyəm. Siyasət həyatından və ictimaiyyətdən sıyrılacağam. Artıq qarışmaq yetər” deyərkən, inayət-i Rəbbaniyə, həm ədalət-i qədəriyə təcəlli etdilər”.
Bədiüzzaman Səid Nursi, bu istəyinin Allahın diləməsi və rəhməti ilə ən gözəl şəkildə reallaşdığını, dəfələrlə girdiyi hz. Yusif Mədrəsəsinin özü üçün bir növ mağara vəzifəsi gördüyünü və orada zahid bir həyat yaşadığını qeyd etmişdir. Hz. Yusif Mədrəsəsi Bədiüzzaman üçün bir inziva imkanı yaratmaqla gözəl bir nemətə çevrilmişdir. Bir başqa sözündə Bədiüzzaman hz. Yusif Mədrəsəsinin ibadət baxımından qiymətini və zahid bir həyat üçün uyğun bir məkan olduğunu belə ifadə etmişdir:
“Əgər məhbus, zülmən məhkum olmuş isə, fərz namazını qılmaq şərtiylə, hər saatı bir gün ibadət olduğu kimi, o həbs onun haqqında bir tənhalığa çəkilmək üçün çiləxana olub keçmişdə mağaralara girərək ibadət edən zahid salehlərdən sayıla bilərlər”.
Bədiüzzaman, bir başqa sözündə isə hz. Yusif Mədrəsəsindəki həyatının inzivaya çəkilmək kimi olduğunu, hətta bir mağarada inzivada olmaqdan daha çox xeyir və gözəlliklərə vəsilə olmasını ümid etdiyini isə belə açıqlamışdır:
“... Əhli-i riyazət və zahidlərin dağlardakı mağaralarının çox üstündə “Yusifiyyə Mədrəsələri” və vaxtımızı zay etməmək üçün təcridxanaları verdi. Həm mağara axirət faydası, həm Quran və iman həqiqətlərinin mücahidanə xidmətini verdi ... “Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli olar (Bəqərə surəsi, 216) və “Xeyir, Allahın seçdiyi şeydədir” sirri ilə qocalığıma mərhəmətdən və iman xidmətində daha çox işlətmək üçün yaşlı və qüdrətimizin xaricində bu üçüncü Mədrəsə-i Yusifiyyədə vəzifə verildi”.
Bədiüzzamanın da ifadə etdiyi kimi, özü yaşlı və xəstə olduğu üçün mağaradakı yaşayış son dərəcə çətin olacaqdır. Ancaq həbsxana şərtləri bir insanın özünü hər şeydən uzaq tutub Allaha yönəlməsi baxımından bir rəhmətdir. Həmçinin Bədiüzzamanın bəhs etdiyi illərdə özü bir otaqda təcrid edilmiş, hətta bütün qapı və şüşələri tamamilə bağlanıb və beləcə tək bir adam ilə göz-gözə gəlməsi belə əngəllənmişdir. Olan bitənləri çöldən izləyən bir adam bunu heç şübhəsiz bir zülm olaraq qiymətləndirər. Ancaq Bədiüzzaman hər zamankı kimi başına gələnlərə iman gözüylə baxmış və dərhal Allahın özü üçün yaratdığı xeyiri görmüşdür. Çünki təcrid edilərək heç kimlə görüşməməsi onun Quran elmi və təfəkkür üzərində daha da dərinləşməsi, diqqətinin heç bir şeylə dağılmaması ilə nəticələnmişdir. Bütün bunlar Bədiüzzaman üçün çox böyük gözəlliklərlə nəticələnmiş, son dərəcə faydalı olmuşdur.
Bu əsnada Quran xidmətindən də geri qalmamış, təfəkkürlərinin nəticəsi olan Risalə-i Nurları fürsət tapdıqca həbsxanadakı tələbələrinə yazdırmışdır. Hətta elə ki, həbs müddəti bitdikdə çölə çıxmamaq üçün vəsilə axtarmış, ancaq Allahın hikməti ilə, sərbəst qaldıqdan qısa bir müddət sonra təkrar hz. Yusif Mədrəsəsinə geri qayıtmışdır. Bədiüzzamanın hər zaman ifadə etdiyi kimi, demək ki, hz. Yusif Mədrəsəsində özü üçün hələ böyük xeyirlər vardır ki, Allah onu mədrəsədə saxlamışdır.
Hz. Yusif Mədrəsəsində olan Nur tələbələrini Əshab-ı Kəhfə bənzədən Bədiüzzaman onların da hz. Yusif Mədrəsəsini Əshab-ı Kəhfin mağaralarına çevirdiklərini ifadə etmişdir. Bunun mənası Allahın Kəhf Əhlinə mağarada yaydığı rəhmət və işlərindəki asanlığın, Nur tələbələrinə də çatmasıdır. Din əxlaqından uzaq insanların bir cəza olaraq möminləri yerləşdirdikləri yer onların nəfslərini ən çox tərbiyə etdikləri, Allaha daha dərin bir imanla bağlandıqları, ürəklərinə səbrin və qətiyyətin verildiyi bir yerə çevrilmişdir. Bədiüzzamanın hz. Yusif Mədrəsəsini Əshab-ı Kəhfin mağarasına bənzətdiyi sözü belədir:
“... Və Əshab-ı Kəhf kimi Nur tələbələri o əziyyətli çiləxananı Əshab-ı Kəhf və köhnə zaman əhli-i riyazatının mağaralarına çevirməsi və istirahət-i qəlblə Nurların nəşrinə və yazmasına səyləriylə, inayət-i Rabbaniyənin imdadımıza yetişdiyini isbat etdi. "
Bədiüzzaman bir başqa sözündə isə hadisələrin zahiri ilə həqiqətini çox səmimi və açıq bir dillə izah etmişdir. Bədiüzzaman bu sözlərində mağarada inzivaya çəkilmişkən Barlaya sürgün olunduğunu, ancaq Barlanı Allahın rəhməti sayəsində özü üçün həm daha təhlükəsiz, həm də daha ixlaslı bir inziva yerinə çevrildiyini söyləmişdir.
“Siyasəti tərk edərək və özümü dünyadan təcrid edərək bir dağın mağarasında axirəti düşünməkdə ikən, əhl-i dünya zülmlə məni oradan çıxarıb sürgün etdilər. Xaliq-i Rəhim və Hakim o sürgünü mənim üçün bir rəhmətə çevirdi. Təhlükəli və ixlası pozacaq səbəblərə məruz qaldığım o dağdakı inzivanı; təhlükəsiz, ixlaslı Barla dağlarındakı xəlvətə (tənhalığa) çevirdi. Rusiyada əsarətdə ikən niyyət etdim və niyaz etdim ki, axır ömrümdə bir mağaraya çəkilim. Ərhamurrahimin mənə Barlanı o mağara etdi, mağara faydasını verdi. Lakin çətin mağara zəhmətini zəif bədənimə yükləmədi... Həm əhli-i dünya bütün pislərə vəsiqə verdiyi və caniləri həbsdən çıxarıb əfv etdikləri halda, mənə zülm olaraq vermədilər. Mənim Rəbb-ı Rəhimim, məni Quranın xidmətində çox məşğul etmək və Sözlər namıyla ənvar-ı Quraniyəni mənə çox yazdırmaq üçün, səssiz bir surətdə məni bu qürbətdə buraxıb, bir böyük mərhəmətə çevirdi... "
Bədiüzzamanın bu təfəkkürləri bir mömin üçün son dərəcə əhəmiyyətlidir. Çünki hadisələrin zahirinə baxılsa, Bədiüzzaman heç bir günahı olmadığı halda Barlaya sürgünə göndərilmiş, bir-iki qohumu xaricində heç kimsə ilə görüşməsinə icazə verilməmiş, Quran xidmətində olması, hətta yaxınlarına məktub yazması belə əngəllənmişdir. Bundan əlavə o dövrdə cinayətkarlar, qatillər belə bağışlandığı halda, Bədiüzzaman əfv edilməmişdir.
Bunlar hadisələrin görünən tərəfidir. Həqiqət olan isə Allah Bədiüzzamanı mağaradakı inzivasından alıb, özü üçün daha təhlükəsiz, səhhəti üçün daha uyğun olan Barlaya gətirmişdir. Allah bəzi kəslərin Bədiüzzamana olan düşmənçiliyini vəsilə edərək, Barlanı bir inziva məkanına çevirmişdir. Bu kəslərin qadağaları vəsilə olmuş, Bədiüzzaman heç kimlə görüşməmişdir. Bunun sayəsində Bədiüzzamanın da dediyi kimi; “Mənim Xaliq-i Rəhimim o təcridi, mənim haqqımda bir əzm rəhmətə çevirdi. Zehnimi təmiz saxlayıb, Quran-ı Hakimin feyzini olduğu kimi almağa vəsilə etdi”.
Hz. Yusif Mədrəsəsində olan hər mömin hadisələrin həqiqətinə baxmalıdır. Bu hadisələr zahirində Bədiüzzamanın da ifadə etdiyi kimi möminə düşmənliyi olan kəslərin səbəb olduğu bir cəzalandırma olaraq görülsə də, həqiqətdə Allah səmimi bir müsəlmanın üzərindəki rəhmətini yaymaq və işində bir asanlıq yaratmaq üçün onu bu zahidlərin yaşadıqları mağaraya və ya alimlərin yetişdikləri mədrəsəyə yerləşdirmişdir. Zahirdə zülm kimi görünsə də, həqiqətdə möminin üzərində Allahın rəhməti və razılığı vardır.
Məhz bu səbəblə, hz. Yusif də özünə böhtanlarla hiylə quran qadına və onun ətrafının intriqalarına uymaqdansa həbsə düşməyin özünə daha xoş gələcəyini söyləmişdir. Ardından da Allahdan onların hiylələrini özündən uzaqlaşdırmasını dua ilə istəmişdir. Allah onun duasını qəbul etmiş və onu həbsxanaya yerləşdirmişdir. Həqiqət istiqaməti ilə baxıldıqda həbs hər istiqamətiylə inkarçıların təkliflərindən daha xoşdur.
Hz. Yusif Mədrəsəsində olan bir mömin də mütləq hadisələri özünü və həqiqət istiqamətlərini düşünərək qiymətləndirməlidir. Hər nə qədər zahirdə möminin düşmənləri ona hiylə qurmuş, ona böhtan ataraq haqsız yerə günahlandırmışlarsa da, iman edən bir insan bilir ki, hz. Yusif Mədrəsəsindəki yeri o daha doğulmadan, hətta ana və atası belə doğulmadan əvvəl ayrılmışdır. Hz. Yusif Mədrəsəsinə nə vaxt girəcəyi, oradan nə vaxt və nə vəsilə ilə çıxacağı, ona hansı inkarçının hansı sözü söyləyəcəyi, hz. Yusif Mədrəsəsində hansı yeməkləri yeməsi kimi incəliklərin hamısı Allah qatında bəllidir.

Məhz bu həqiqətlərin şüurunda olan və hər şeyə iman gözü ilə baxan, daim Allaha yönələrək qədərin izləyicisi olan bir adam üçün hz. Yusif Mədrəsəsində baş verən hadisələr böyük bir rəhmətə çevrilər.

© 2018 Design Studio 313 | Bu sayt Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanmışdır.